• İDMAN

    14:16 25 aprel 2019

Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən ONA-ya verilən məlumata görə, təmsilçimiz 49 kq çəki dərəcəsində ən yaxşı nəticəni göstərib. O, 140 kq çəkini qaldıraraq birinci yerə layiq görülüb.

Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı idmançı Slavomir Symanski ilə qazanıb. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yeri tutub.

Bu qələbə Pərvin Məmmədovun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR