2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində kreditor “Azercell Telekom” MMC-nin “Azərbaycan Respublikası Həndbol Federasiyası” İctimai Birliyinə qarşı borcun ödənilməsinə dair iddiasına baxılıb.
ONA-nın xəbərinə görə, iddia ərizəsində borcludan “Azercell Telekom” MMC-nin xeyrinə 263 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş edilib.
Məhkəmə kreditorun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, iş ərazi aidiyyəti üzrə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, işə borclu Azərbaycan Həndbol Federasiyası Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanında qeydiyyatdadır. Binəqədi rayonu 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin yuridiksiyasına aid olan ərazi vahididir. Buna görə işə 1 saylı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.