• İDMAN

    23:05 22 iyul 2019

Bakı-2019: Azərbaycan liderdi

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 10 dəst medal sahibini tapıb.

APA -nın məlumatına görə, Azərbaycan millisi günü 6 mükafatla başa vurub.

Güləşçilərimiz hesablarına 2 qızıl, 3 gümüş və 1 bürünc medal əlavə ediblər. Bununla da yığmanın aktivindəki medal sayı 10 çatıb. Komandamız 4 qızıl, 4 gümüş və 2 bürüncə sahibdir.

Bu göstərici yığmamıza festivalın iki günündən sonra medal siyahısına başçılıq etmək imkanı verib. Bir gün öncə də zirvədə qərarlaşan Azərbaycan mövqeyini qoruyub.

Qazanılan qızıl medalların sayını 3-ə çatdıran İtaliya 2-ci sırada yer alıb. Rusiya isə cədvəlin üçüncüsüdür.

Ümumilikdə 14 dəst medal oynanılıb ki, idmançılar 52 mükafata sahib çıxıblar. Bu medallara 16 ölkə təmsilçiləri yiyələnib. Bunlardan yarısı – 8 yığma üzvləri çempionluq sevinci yaşayıblar.

yer

ölkə

qızıl

gümüş

bürünc

Cəmi

1

Azərbaycan

4

4

2

10

2

İtaliya

3

0

1

4

3

Rusiya

2

1

5

8

4

Türkiyə

1

1

1

3

5

Rumıniya

1

1

0

2

6

Belarus

1

0

5

6

7

Xorvatiya

1

0

0

1

7

Böyük Britaniya

1

0

0

1

9

Gürcüstan

0

4

2

6

10

Almaniya

0

1

2

3

10

Macarıstan

0

1

2

3

12

İspaniya

0

1

0

1

13

Fransa

0

0

1

1

13

Yunanıstan

0

0

1

1

13

Latviya

0

0

1

1

13

Moldova

0

0

1

1

Cəmi

14

14

24

52

Tahir

Teqlər:

SON XƏBƏRLƏR