• İDMAN

    16:40 21 iyul 2019

Bakı-2019: Azərbaycan güləşçiləri üçüncü medalı qazanıblar - YENİLƏNİB-2

XV Avropa Gənclər Yay Olimpiya Festivalında sərbəst güləşçilərin mükafat uğrunda qarşılaşmaları başlayıb.

ONA-nın məlumatına görə, öncə 45 kq çəki dərəcəsində bürünc və qızıl medal uğrunda qarşılaşmalar keçirilib.

Azərbaycan millisinin üzvü Murad Haqverdiyev final görüşünə çıxıb. Eldar Asakayevə (Rusiya) 5:0, Mikita Berazuna (Belarus) 4:1, i Bahri Söylerə (Türkiyə) 4:1, Fabian Nedziyevskiyə (Polşa) 4:0 hesabı ilə qalib gələn güləşçimiz çempionluq uğrunda Gürcüstan təmsilçisi Nikoloz Santeladze ilə qarşılaşıb.

Rəqibi üzərində 11:4 hesablı qələbə qazanan güləşçimiz yığmamıza ikinci çempionluğu gətirib.

Qeyd edək ki, bunadək yığmamız iki medal qazanıb. Yunan-Roma güləşçilərimizdən Fərid Sadıxlı qızıl, Nihad Məmmədli bürünc mükafata yiyələnib. Daha bir sərbəst güləşçimiz Əbülfəz Nəsirov isə 55 kq çəkidə final görüşünü keçirəcək.

***

saat 16.17

XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarında həlledici qarşılaşmalar start götürüb.

ONA-nın məlumatına görə, ilk mükafatçılar yunan-Roma güləşində müəyyənləşib.

45 kq çəki dərəcəsində bürünc və qızıl medal uğrunda görüşlər keçirilib. Azərbaycan millisinin üzvü Fərid Sadıxlı çempionluq uğrunda mübarizə aparıb.

Əvvəlki qarşılaşmalarda Andrea Martinonu (İtaliya) 4:0, Davit Qvasalianı (Gürcüstan) 3:1, Maksim Qurovu (Rusiya) 4:0 hesabı ilə məğlub edən güləşçimiz finalda türkiyəli Umut Çobanla üz-üzə gəlib.

Təmiz qələbə (9:0) qazanan F. Sadıxlı festivalın ilk çempionu olub. O, qarşılaşmanı vaxtından əvvəl bitirib.

Qeyd edək ki, bu gün daha üç güləşçimiz medal uğrunda mübarizə aparacaq. Onlardan ikisi qızıl, biri bürünc üçün güləşəcək.

***

Saat. 13:10

XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb.

ONA-nın məlumatına görə, festivalın ilk günündə 4 çəki dərəcəsində mübarizə aparan güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan millisinin dörd güləşçisi də xalça üzərinə çıxıb. İki sərbəst güləşçimiz finala qədər irəliləməyə nail olub. Yunan-Roma güləşçilərimizdən biri finala vəsiqə qazanıbsa, digəri təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Sərbəst güləş
45 kq

A qrupunda mübarizə aparan Murad Haqverdiyev Eldar Asakayevə (Rusiya) 5:0, belaruslu Mikita Berazuna 4:1, türkiyəli Bahri Söylerə 4:1 hesabı ilə qalib gəlib. Yarımfinalda polşalı Fabian Nedziyevskini 4:0 hesabı ilə üstələyən güləşçimiz finala yüksəlib. O, həlledici görüşdə Gürcüstan təmsilçisi Nikoloz Santeladze ilə qarşılaşacaq.

55 kq
Əbülfəz Nəsirov 1/8 finalda Harvey Ridinqsi (Böyük Britaniya) 5:4 hesabı ilə məğlub edib. O, 1/4 finalda gürcüstanlı Bezani Barsonidzeni 4:1, yarımfinalda rusiyalı Maqomed Eltemirovu 4:0 hesabı ilə üstələyərək finala çıxıb. Güləşçimiz qızıl medal uğrunda italiyalı Simone Vinçentso Piroddu ilə görüşəcək.

Yunan-Roma güləşi
45 kq

Fərid Sadıxlı təsnifatda Andrea Martinonu (İtaliya) 4:0, 1/4 finalda gürcüstanlı Davit Qvasalianı 3:1, yarımfinalda rusiyalı Maksim Qurovu 4:0 hesabı ilə məğlub edib. Təmsilçimiz finalda türkiyəli Umut Çobanla üz-üzə gələcək.

55 kq
Yarışa 1/8 finaldan başlayan Nihat Məmmədli Olivye Şkripçaka (Polşa) 4:0 hesabı ilə qalib gəlib. Güləşçimiz 1/4 finalda gürcüstanlı Romeo Beridzeyə 0:5 hesabı ilə uduzaraq çempionluq şansını itirib. Rəqib finala çıxdığından idmançımız təsəlliverici qarşılaşmalara vəsiqə əldə edib.
Burada fransalı Dries Yanis Nifri (Fransa) üzərinə 4:0 hesablı qələbə qazanan təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, medal uğrunda qarşılaşmalar saat 16:00-da start götürəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR