• İDMAN

    13:40 27 fevral 2019

“Bakı 2019: Ulduzlar Finalı”nın vaxtı dəyişdirilib

UEFA Avropa Liqasının final oyununa həsr olunan tədbirlər çərçivəsində keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmanın vaxtı dəyişdirilib. ONA-nın məlumatına görə, martın 3-də baş tutacaq matç öncədən nəzərdə tutulduğu kimi saat 12:30-da deyil, 11:00-da başlayacaq.
Artıq tədbirin keçiriləcəyi məkan da dəqiqləşib. Oyun Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunacaq.
Bakıya gələcək ulduz futbolçular siyahısında Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeji Dudek, Revaz Arveladze Nihat Kahveci, Andrey Arşavin yer alıblar. Yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək.
Komandanın heyətinə bir nəfər Region Liqasından, iki nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avropa Liqası Final-2019-a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR