Sabah Avropa Liqasında yarımfinal mərhələsi start götürəcək.
ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç baş tutacaq.
Yalnız “Böyük beşlik” təmsilçilərinin mübarizəni davam etdirdiyi turnirin sabahkı qarşılaşmaları İngiltərə və Almaniyada təşkil olunacaq. Ölkə çempionatında “dördlüy”ə düşməklə Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan iddiaçılar qitənin ən nüfuzlu klub turnirinə Avropa Liqası ilə yollanmağa çalışır.
“Arsenal” Londonda “Valensiya”nı sınağa çəkəcək. İngiltərə klubu İspaniya səfərinə rahat yollanmaq üçün ev qarşılaşmasında sərfəli nəticə qazanmaq əzmindədir.
İngiltərənin digər klubu “Çelsi” Almaniyaya yollanır. Londonlular “Ayntraxt”ın qonağı olacaq. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Almaniya klubu doğma azarkeşləri önünə qələbə əzmi ilə çıxacaq.
Yarımfinal mərhələsinin cavab oyunları mayın 9-da keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may
23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya)
Baş hakim: Klement Turpin (Fransa)
London. “Emireyts” stadionu
23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Frankfurt. “Kommersbank Arena” stadionu