• İDMAN

    17:35 10 aprel 2019

Bakı finalının iddiaçıları 1/4 finalda qüvvəsini sınayacaq

Sabah Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

ONA-nın məlumatına görə, final qarşılaşması mayın 29-da Bakıda keçiriləcək turnirin ilk oyunları çərçivəsində 4 qarşılaşma baş tutacaq.

İspaniyada bu ölkənin iki təmsilçisi qarşılaşacaq. La Liqa klubları “Vilyarreal”la “Valensiya” bu dəfə daxili arenada deyil, avrokubok səviyyəsində görüşəcək.

İspaniya kimi, İngiltərənin də iki təmsilçisi bu raundda mübarizə aparacaq. Fərqli rəqiblərlə qarşılaşacaq London klublarından biri evdə, digəri səfərdə qüvvəsini sınayacaq.

“Arsenal” İtaliyanın “Napoli” klubunu sınağa çəkəcək. “Çelsi” isə Çexiyada qonaq olacaq. “Zadəganlar” bu mərhələyə çıxmaqla sensasiyaya imza atan “Slaviya” ilə görüşəcəklər.

“Benfika” Portuqaliyada “Ayntraxt”ı qəbul edəcək. Cari mövsüm iddialı olması ilə diqqət çəkən frankfurtlular titula gedən yolda növbəti addımı atmağa çalışacaqlar.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də baş tutacaq.

Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel

23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya)
Baş hakim: Alberto Undiano Mallenko (İspaniya)
London. “Emireyts” stadionu

23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Vilyareal. Estadio de la Seramika

23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)
Baş hakim: Antoni Teylor (İngiltərə)
Lissabon. “Benfika” stadionu

23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Praqa. “Sinobo” stadionu

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR