• İDMAN

    12:21 30 aprel 2019

Bakı klubu gürcüstanlı futbolçu ilə yollarını ayırıb

Bakının “Səbail” klubu gürcüstanlı futbolçusu Tamazi Tsetsxladze ilə yollarını ayırıb.

ONA-nın məlumatına görə, legionerlə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Bu, klub və futbolçu arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. T.Tsetsxladzeyə azad agent statusu verilib.

Qeyd edək ki, 2017-ci ilin yayından “Səbail”də çıxış edən gürcüstanlı iki mövsümdə 24 çempionat oyununda meydana çıxıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR