Bakının “Səbail” klubu ulduz futbolçu Maykl Essyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb. Klubdan ONA-ya verilən məlumata görə, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.
Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.
O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.