• İDMAN

    13:41 3 aprel 2019

Bakı klubu ölkə çempionatından kənarlaşdırılıb

“Yasamal” MFK klubu futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasından kənarlaşdırılıb.

ONA-nın xəbərinə görə, bu qərar AFFA-nın İntizam Komitəsində qəbul olunub.

Yığıncaqda Bakı təmsilçisinin “Araz”la matça gəlməməsi müzakirə olunub. Nominal qonaqlara oyunda iştirak etmədiyinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib.

Bu hal 3-cü dəfə təkrarlandığına görə klub yarışlardan kənarlaşdırılıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR