Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
ONA-nın məlumatına görə, ukraynalı qapıçı Dmitri Bezruk bundan sonra Azərbaycan təmsilçisinin uğurları üçün çalışacaq.
23 yaşlı qapıçı ilə 3 illik müqavilə bağlanıb. Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk peşəkar karyerasında ancaq bu komandada çıxış edib.
O, Ukraynanın aşağı yaş qruplarının - U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.
Bezruk yeni komandasında 32 nömrəli formada çıxış edəcək.