• İDMAN

    07:18 16 avqust 2020

Bakı Olimpiya Stadionu dünyanın ən böyük 50 arenası sıyahısına düşüb

Dünyanın ən böyük stadionlarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionu (BOS) da planetin ən çox azarkeş tutumuna malik 50 arenası sırasına düşüb.

Tutumu 69 min 870 nəfər göstərilən BOS dünyada 45-ci nəhəng stadiondur. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionunda ötən il Avropa Liqasının final matçı keçirilib, İngiltərə nəhəngləri "Çelsi" ilə "Arsenal" üz-üzə gəlib.

Dünyanın ən böyük arenası Şimali Koreyada yerləşən "1 May" stadionudur. Adıçəkilən stadion 114 min tamaşaçı tutumuna malikdir. Avstraliyadakı "Melburn Kriket Qraund" (100 min 24 nəfər) ikinci sırada qərarlaşır. İlk "üçlüy"ü 99 min 354 tamaşaçı tutumu ilə İspaniyanın "Nou Kamp" stadionu qapayır.

Məşhur arenalardan "Uembli" (90 min) siyahıda 6-cı, "Siqnal İduna Park" (81 min 365) 14-cü, "Stad De Frans" (81 min 338) 15-ci, "Santyaqo Bernabeu" (81 min 44) 16-cı, "Lujniki" (81 min) 17-ci, "Cüzeppe Meatsa" (80 min 18) 20-ci, "Marakana" (78 min 838) 25-ci, Atatürk Olimpiya Stadionu (76 min 92) 28-ci, "Old Trafford" (75 min 731) 29-cu, "Alyanz Arena" (75 min 24) 30-cu, Roma Olimpiya Stadionu (72 min 698) isə 37-ci pillədə yer alır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR