• İDMAN

    08:12 30 avqust 2020

Bakı-Sumqayıt şossesində piyadanı avtomobil vurub

Bakı-Sumqayıt şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, Rüfət Həsənov sərxoş halda Bakı-Sumqayıt şossesinin piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu naməlum avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən sürücünün axtarışları davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR