Bakıda aerobika üzrə keçiriləcək Avropa çempionatına 22 ölkə qatılacaq
  • İDMAN

  • 11:08 23 May 2019

Bakıda aerobika üzrə keçiriləcək Avropa çempionatına 22 ölkə qatılacaq

Mayın 24-26-da Bakıda keçiriləcək aerobika gimnastikası üzrə Avropa çempionatına qatılacaq ölkələrin və idmançıların sayı açıqlanıb. 

ONA-nın məlumatına görə, yarışda 22 ölkənin milli komandası mübarizə aparacaq. 

Bu yığmalar 350-dək gimnastla təmsil olunacaqlar. 

Milli Gimnastika Arenasında baş tutacaq Avropa çempionatında böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək. 

Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycan yarışa 17 idmançı ilə qatılacaq. Bunlar Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifovadır. 

OXŞAR XƏBƏRLƏR