• İDMAN

    00:51 30 may 2019

Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi" darmadağınla qalib gəlib - YENİLƏNİB-7 - FOTOSESSİYA

UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

ONA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub.

Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri “Çelsi” və “Arsenal” arasında matçı qəbul edib.

İngiltərə Premyer Liqasında 3-cü olan “Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsini öncədən həll etdiyindən qarşılaşmada titul üçün mübarizə aparıb. “Arsenal” isə həm mükafat, həm də qitənin ən nüfuzlu klub turnirinə qayıtmaq imkanından yararlanmağa çalışıb.

Görüş isə "zadəganlar"ın inamlı qələbəsi ilə başa çatıb. İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub.

Matçda ilk qola 49-cu dəqiqədə Oliviye Jiru imza atıb. O, Emerson Palmierinin ötürməsindən sonra fərqlənib. 11 dəqiqə sonra "Çelsi" fərqi 2 topa çatdırıb. Bu dəfə Pedro Rodriqes rəqibi mərkəzə dəvət edib. Komanda yoldaşına məhsuldar ötürmə verən Azar ardınca penaltidən özü fərqlənib.

Bundan sonra "Arsenal" özündə güc taparaq fərqi azaldıb. Aleks İvobi baxımlı qolla azarkeşlərin alqışını qazanıb. Lakin "topçular"ın bundan artığına gücü çatmayıb. "Çelsi" 72-ci dəqiqədə Azarla 4-cü qolu vurub.

Bu, matçda sonuncu qol olub. Nəticədə “Çelsi” mövsümü titulla başa vurub. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olublar.


Avropa Liqası
Final
29 may
23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) - 4:1

Qollar: Jiru, 49, Pedro, 60, Azar 65 (pen), 72 - İvobi, 69
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manganelli
Dördüncü hakim: Daniele Orsato
Hakimin video köməkçisi (VAR): Massimiliano İrrati
VAR köməkçiləri: Marko Quida (hamısı İtaliya), Şimon Marçinyak
Offsayd video köməkçisi: Pavel Sokolniçki (hamısı Polşa)
Bakı Olimpiya Stadionu
“Çelsi”: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 17. Mateo Kovaçiç, 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sesar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri
Ehtiyat oyunçular: 13. Villi Kaballero, 52. Camye Kumminq, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qanzalo İquayn, 21. Davide Zappakosta, 22. Villiam, 24. Qari Kehill, 44. Ethan Ampadu, 51. Konor Galleqer, 55. George Makeaçran
Baş məşqçi: Maurisio Sarri
“Arsenal”: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleks Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 15. Eynsli Meytland-Nayls, 18. Naço Monreal, 31. Sead Kolaşinats, 34. Qranit Caka
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliyev, 4. Mohamed Elneni, 12. Stefan Lixştayner, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 23. Danni Velbek, 25. Karl Cenkinson, 29. Matteo Gunduzi, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukayo Saka
Baş məşqçi: Unay Emeri

***

Saat 00:30

Avropa Liqasının Bakıda keçirilən finalında 5-ci qol vurulub.

ONA-nın məlumatına görə, "Çelsi" yenidən fərqi 3 topa çatdırıb.

"Arsenal"ı Eden Azar mərkəzə dəvət edib. O, özünün ikinci, komandasının 4-cü qolunu vurub - 4:1.

***

Avropa Liqasının Bakıda keçirilən finalında hesab dəyişib.

ONA-nın məlumatına görə, "Arsenal" "Çelsi" ilə görüşdə fərqi azaldıb.

"Topçular"ın heyətində Aleks İvobi baxımlı qola imza atıb - 1:3.

***

00:23

Avropa Liqasının Bakıda keçirilən finalında 3-cü qol vurulub.

ONA-nın məlumatına görə, bu dəfə də "Çelsi" fərqlənib.

Eden Azar "Arsenal"ın qapsından növbəti qolu keçirib. O, penaltidən fərqlənib.

***

00:17

Avropa Liqasının Bakıda keçirilən finalında hesab dəyişib.

ONA-nın məlumatına görə, görüşün 60-cı dəqiqəsində "Çelsi" rəqibini ikinci dəfə mərkəzə dəvət edib.

"Arsenal"ı ikinci dəfə Pedro Rodriqes cəzalandırıb.

***

00:06

Avropa Liqasının Bakıda keçirilən finalında hesab açılıb.

ONA-nın məlumatına görə, matçın 49-cu dəqiqəsində "Çelsi" fərqlənib.

"Arsenal"ın qapısından qolu Oliviye Jiru keçirib.

***

saat 00:02

Avropa Liqasının Bakıda keçirilən finalında ikinci hissə başlayıb.

ONA-nın məlumatına görə, ilk hessədən sonra hesab 0:0-dır.

***

saat 23:56

Avropa Liqasının Bakıda keçirilən finalında birinci hissə yekunlaşıb.

ONA xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab açılmayıb.

***

saat 23:01

UEFA Avropa Liqasında 2018/19 mövsümünün son oyunu start götürüb.

ONA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin final oyunu Bakıda keçirilir.

Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyir.

Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri “Çelsi” və “Arsenal” arasında matçı qəbul edir.

İngiltərə Premyer Liqasında 3-cü olan “Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsini öncədən həll etdiyindən qarşılaşmada titul üçün mübarizə aparır. “Arsenal” isə həm mükafat, həm də qitənin ən nüfuzlu klub turnirinə qayıtmaq imkanından yararlanmağa çalışır.

Avropa Liqası
Final
29 may
23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə)

Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manganelli
Dördüncü hakim: Daniele Orsato
Hakimin video köməkçisi (VAR): Massimiliano İrrati
VAR köməkçiləri: Marko Quida (hamısı İtaliya), Şimon Marçinyak
Offsayd video köməkçisi: Pavel Sokolniçki (hamısı Polşa)
Bakı Olimpiya Stadionu
“Çelsi”: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 17. Mateo Kovaçiç, 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sesar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri
Ehtiyat oyunçular: 13. Villi Kaballero, 52. Camye Kumminq, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qanzalo İquayn, 21. Davide Zappakosta, 22. Villiam, 24. Qari Kehill, 44. Ethan Ampadu, 51. Konor Galleqer, 55. George Makeaçran
Baş məşqçi: Maurisio Sarri
“Arsenal”: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleks Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 15. Eynsli Meytland-Nayls, 18. Naço Monreal, 31. Sead Kolaşinats, 34. Qranit Caka
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliyev, 4. Mohamed Elneni, 12. Stefan Lixştayner, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 23. Danni Velbek, 25. Karl Cenkinson, 29. Matteo Gunduzi, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukayo Saka
Baş məşqçi: Unay Emeri

ONA

Teqlər:

SON XƏBƏRLƏR