• İDMAN

    01:07 30 may 2019

Bakıda Avropa Liqasının qalibi olan "Çelsi" mükafatlandırılıb

Avropa Liqasının Bakıda keçirilən final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib.

ONA-nın məlumatına görə, tədbir həlledici görüşü idarə edən hakimlərə xatirə medalı verilməsi ilə başlayıb.

Ardınca finalda məğlubiyyət acısı yaşayan "Arsenal"a xatirə mükafatları verilib.

Yekunda "topçular"a 4:1 hesabı ilə qalib gələn "Çelsi" fəxri kürsüyə yaxınlaşıb. Komandanın məşqçi heyəti və futbolçuları medallarını aldıqdan sonra çəkisi 15 kq olan Avropa Liqasının kuboku ilə də mükafatlandırılıblar. Kuboku londonluların kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya UEFA prezidenti Aleksander Çeferin təqdim edib.

Qeyd edək ki, hər iki komandaya 40 medal verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR