Aprelin 20-21-də Bakıda yeniyetmə bədii gimnastlar arasında “AGF Junior Trophy” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, fərdi və qrup hərəkətləri üzrə baş tutacaq yarışa 19 ölkə qatılacaq.
Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Azərbaycanı fərdi mübarizədə Arzu Cəlilova, Nərminə Səmədova və Nərmin Bayramova təmsil edəcəklər. Qrup yarışlarında isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Safiyarzadədən ibarət komanda xalça üzərinə çıxacaq.