• İDMAN

    17:12 16 may 2019

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan mərasimdə öncə iştirakçı 35 ölkənin bayrağı zala gətirilib.

Ardınca çıxış edən Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov bildirib ki, qitə çempionatı artıq 4-cü dəfədir Bakıda keçirilir: “Yarış yenə yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, təşkilatçılara, könüllülərə və azarkeşlərə təşəkkür edirəm”.

O, daha sonra yarış açıq elan edib.

Ardınca "Bizim superqəhrəmanlarımız" adlı şou proqram təqdim olunub.

4 gün davam edəcək çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Onlar ümumilikdə 8 dəst medal uğrunda yarışacaqlar.

Avropa çempionatının şəxsi yarışlarında ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis, komanda mübarizəsində isə Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə və Eleonora Yusifova təmsil edəcəklər.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR