Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.
ONA-nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması 15 qadın və 28 kişi idmançı ilə mübarizə aparacaq.
Turnirin proqramına əsasən, bu gün qadınlar 48 kq, 52 kq və 57 kq, kişilər 60 kq və 66 kq, mayın 11-də qadınlar 63 kq və 70 kq, kişilər 73 kq və 81 kq, son gündə isə qadınlar 78 kq və 78 kq-dan yuxarı, kişilər 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
“Böyük Dəbilqə”yə ümumilikdə 56 ölkədən 431 cüdoçu qatılıb. Onlardan 256-sı kişi, 175-i qadındır. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq "Böyük Dəbilqə"nin təntənəli açılış mərasimi bu gün saat 16:00-da başlanacaq.