Bakıda idman gimnastikası üzrə keçirilən Dünya Kubokunun ilk mükafatçıları müəyyənləşib. ONA-nın məlumatına görə, təsnifat mərhələsinin yekununa əsasən ən yüksək icra xalını toplamış idmançılara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunub.
Belə ki, qadınların yarışında ABŞ təmsilçisi Ceyd Kerri bütün rəqiblərini qabaqlayıb. Gürcüstanlı Konstantin Kuzovkov isə kişilərin mübarizəsində birinci olub.
Mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.
Qeyd edək ki, turnirə martın 17-də yekun vurulacaq.