UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub.
ONA-nın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində paytaxtımıza təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Şar arasında görüş keçirilib.
Görüşdə UAL Final Bakı-2019-un təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, mayın 29-da baş tutacaq final matçı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.