• İDMAN

    16:38 13 may 2019

Bakıda keçiriləcək Avropa Liqasının finalı italiyalı hakimlər briqadasına tapşırılıb

Avropa Liqasının Bakıda keçiriləcək final oyununa təyinatlar açıqlanıb.

ONA-nın məlumatına görə, mayın 29-da baş tutacaq “Çelsi” – “Arsenal” matçını italiyalı hakimlər idarə edəcək.

İngiltərə klublarının Bakı Olimpiya Stadionundakı duelinin baş hakimi Canluka Rokki olacaq.

Avropa Liqası
Final
29 may
23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə)

Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manqanelli
Dördüncü hakim: Daniele Orsato (hamısı İtaliya)
Bakı Olimpiya Stadionu

ONA

Teqlər:

SON XƏBƏRLƏR