Martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, 44 ölkə yarışa qatılacağını təsdiqləyib.
2020-ci ildə Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək Dünya Kubokunda 170 idmançı sifariş verilib. Bunlardan 121-i kişi, 49-u qadın olacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü final mərhələləri baş tutacaq. Həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da veriləcək.