• İDMAN

    12:39 23 aprel 2019

Bakıda keçiriləcək finalın yayımı ilə bağlı UEFA nümayəndələri paytaxtımıza gəlib

Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin paytaxtımıza televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb.

ONA-nın məlumatına görə, aprelin 24-ə qədər davam edəcək səfər çərçivəsində UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40-a yaxın rəsmi nümayəndəsi ölkəmizə gəlib.

Onlar kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaqlar.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR