Gəlir vergisindən azadolmalar və güzəştlər artırılır.
ONA-nın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Dəyişiklik UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 il futbol çempionatının oyunları ilə əlaqədardır.
Bununla əlaqədar Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.
Layihədə qeyd edilir ki, qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.