• İDMAN

    12:25 16 iyul 2019

Bakıda keçiriləcək Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan idmançılarının sayı açıqlanıb

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan idmançılarının sayı dəqiqləşib.

ONA-nın məlumatına görə, siyahını Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Bakı-2019-da iştirak edəcək Azərbaycan nümayəndə heyətinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə açıqlayıb.

Yığmamız yarışda 10 idman növündə 122 atletlə təmsil olunacaq. Ölkəmizin nümayəndə heyəti isə 198 nəfər təşkil edəcək.

Bildirilib ki, yarışa 48 ölkədən ümumilikdə 3900 qonaq qatılacaq.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR