Bakının “Səbail” klubunun futbolçusu Maykl Essyen Afrika yığmasına çağırılıb.
ONA-nın məlumatına görə, 37 yaşlı qanalı veteran əfsanələrin oyununda iştirak edəcək.
Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan matç mayın 18-də keçiriləcək. Görüşdə M.Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto O kimi ulduzlar da çıxış edəcək. Afrika yığmasının rəqibi isə Nigeriya yığmasının sabiq futbolçuları olacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasında sonuncu turun görüşləri mayın 11-də keçiriləcəyindən M.Essyenin Nigeriyaya gedişi “Səbail”də çıxışına mane olmayacaq.