Bu gün Bakıda UEFA İcraiyyə Komitəsi iclası keçiriləcək.
ONA-nın məlumatına görə, “Hilton” otelində təşkil olunacaq tədbir saat 14:00-da başlayacaq.
Saat 19:00-a qədər davam edəcək iclasın gündəliyində bir sıra məsələlər durur. UEFA bəzi yarışların ev sahiblərini seçəcək, həmçinin müxtəlif qərarlar verəcək. Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi
2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi
3. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22
4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları
5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları
6. UEFA İntizam qaydaları (2019 buraxılışı)
7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)
8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)
9. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya
10. UEFA Avropa Gənclər çempionatlarının formatı
11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması
12. UEFA Grassroots mükafatı 2019
İcraiyyə Komitəsinin iclası başa çatdıqdan sonra mətbuat konfransı təşkil olunacaq. Mərasimdə UEFA prezidenti Aleksander Çeferinin iştirakı planlaşdırılıb. Konfrans qurumun rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.