• İDMAN

    15:50 6 may 2019

Bakıda yelkənli qayıq üzrə yarış keçiriləcək

Bakıda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan yelkənli qayıq üzrə yarış keçiriləcək.

Yelkənli İdman Federasiyasının mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, birincilik mayın 9-11-də Bakı Buxtasında təşkil olunacaq.

Federasiyanın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin birgə təşkilatçılığı ilə keçiriləcək reqataya mayın 9-da saat 11:00-da Dənizkənarı Milli Parkda start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif - “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial” üzrə mükafatçıları müəyyənləşəcək.

İkinci dəfə təşkil olunacaq reqatanın final yürüşləri mayın 11-də baş tutacaq. Həmin gün Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da təşkil olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR