• İDMAN

    14:00 21 may 2019

Bakıdakı Avropa Liqasının final matçına bilet satışının dördüncü mərhələsi başlayıb

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışının növbəti mərhələsinə start verilib.

ONA-nın məlumatına görə, matçı canlı izləmək istəyənlər üçün 4-cü mərhələ başlayıb.

Biletləri “Port Baku Mall”, “28 May Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.

Qeyd edək ki, mayın 29-da baş tutacaq qarşılaşmada "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR