• İDMAN

    12:00 23 may 2019

Bakıdakı Avropa Liqasının finalına bilet satışı davam edir

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışı davam edir.

ONA-nın məlumatına görə, görüşü canlı izləmək istəyənlər üçün növbəti şans yaradılıb.

Biletləri “Port Baku Mall”, “28 May Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.

Qeyd edək ki, mayın 29-da keçiriləcək həlledici oyunda “Çelsi” və “Arsenal” üz-üzə gələcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR