Bakıdakı Avropa Liqasının finalında diqqət olunmalı məqamlar açıqlanıb - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 10:51 24 May 2019

Bakıdakı Avropa Liqasının finalında diqqət olunmalı məqamlar açıqlanıb - VİDEO

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı videobələdçi hazırlanıb. 

ONA-nın məlumatına görə, AFFA-nın təqdim etdiyi bu videoçarxda Bakı Olimpiya Stadionundakı matçla bağlı bir sıra məlumatların vacibliyinin nəzərə alınması əksini tapıb.

Videobələdçidə oyunun keçiriləcəyi mayın 29-dakı matça bileti olan azarkeşlərə bir sıra tövsiyələr də verilib. Bildirilir ki, həmin gün bilet almış azarkeşlər arenaya və geriyə iki ekspress marşrutla daşınacaq. Bu marşrutlar “28 may” və “Qara Qarayev” metro stansiyalarının qarşısından fəaliyyət göstərəcək.

Həmçinin azarkeşlərə istifadəsi qadağan olunan əşyaları gətirməmək tövsiyə edilib. Qeyd edilir ki, tamaşaçı qapıları açıldıqdan etibarən arenanın daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR