• İDMAN

    12:02 13 mart 2019

Bakıdakı Dünya Kubokunda gimnastların çıxış edəcəyi növlər açıqlanıb

Sabah Bakıda start götürəcək idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı hərəkətlərdə iştirak edəcək idmançıların siyahısı açıqlanıb. ONA-nın məlumatına görə, kişilərin 6, qadınların 4 növdə mübarizə aparacaqları yarışda ölkəmizi 4 gimnast təmsil edəcək.

Onlardan ikisi – İvan Tixonovla Marina Nekrasova bütün dəst medallar uğrunda mübarizə aparacaqlar. Digər təmsilçilərimizə gəlincə, Murad Ağarzayevlə Nikita Simonov 3 alətdə azarkeşlər qarşısına çıxacaqlar. Bu idmançılardan birincisi sərbəst hərəkətlər, dayaqlı tullanma və dəstəli atda, digəri paralel qollar, halqalar və turnikdə nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.

Medallar uğrunda 121 kişi və 49 qadın idmançı qüvvəsi sınayacaq. Kişilərin sərbəst hərəkətlərində 60, dəstəli at, dayaqlı tullanma, paralel qolların hərəsində 52, halqalarda 51 və turnikdə 54 gimnast iştirak edəcək. Qadınların yarışında isə sərbəst hərəkətlərlə və gimnastika tirinin hərəsində 33, dayaqla tullanmada 25, müxtəlif hündürlüklü qollarda 24 gimnast finala vəsiqə uğrunda yarışacaq.

Qeyd edək ki, Tokio-2020-yə təsnifat xarakteri daşıyan Dünya Kuboku 4 gün davam edəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR