Avropa Liqasının Bakıda keçirilən final oyunu növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək komandalarla bağlı dəyişikliklərə səbəb olub.
ONA-nın məlumatına görə, İngiltərə komandalarının mübarizəsində “Çelsi”nin “Arsenal”ı 4:1 hesabı ilə məğlub etməsi 2019/20 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin iştirakçıları üçün böyük əhəmiyyət kəsb edib.
Belə ki, yarışın qalibi olan “zadəganlar” Çempionlar Liqasının qrupuna birbaşa vəsiqəni Premyer Liqanı qazandığı üçün vakant yer sahibini tapıb. Fransa çempionatında 3-cü yeri tutan “Lion” yarışa III təsnifat mərhələsindən deyil, qrupdan başlayacaq.
Bakıdakı final daha bir komandanın irəliləyişi ilə nəticələnib. Türkiyə Super Liqasında 2-ci olan “Başakşəhər” II deyil, III təsnifat mərhələsindən yarışa qatılmaq şansı əldə edib. İstanbullular bu raundda “Lion”u əvəzləyəcək.