• İDMAN

    18:26 28 aprel 2019

Bakıdakı Qran-pridən sonra “Formula-1”in lideri dəyişib

Azərbaycan Qran-prisi “Formula-1” üzrə dünya çempionatının ümumi sıralamasında dəyişikliyə səbəb olub.

ONA-nın məlumatına görə, Bakı trasında qələbə qazanan Valtteri Bottas 1-ci pilləyə yüksəlib.

“Mersedes”in finlandiyalı pilotunun hesabında 87 xal var. Onun ikinci pilləyə enən komanda yoldaşı, böyük britaniyalı Luis Hamilton 1 xal geri qalır.

“Ferrari”nin üzvü Sebastyan Fettel 52 xala malikdir.

Qeyd edək ki, Mühəndislər kubokunda 173 xala malik “Mercedes” 1-cidir. “Ferrari” 99, “Red Bull” 64 xala malikdir.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR