Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası və tutun oyunçusu açıqlanıb.
ONA-nın məlumatına görə, “11-lik” “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşib.
“Zirə” ilə qarşılaşmada (4:2) iki qol vuran “Neftçi”nin futbolçusu Baqali Dabo turun oyunçusu seçilib.
Rəmzi komanda
Qapıçı: Vaqner da Silva (“Qarabağ”)-2
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-5, Kiril Petrov (“Neftçi”)-6, Filip İvanoviç (“Sabah”)-2, Amin Seydiyev (“Qəbələ”)-2
Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-5, Qoran Paratski (“Neftçi”)-2, Markos Madera (“Qarabağ”)-4, Dani Kintana (“Qarabağ”)-7
Hücumçular: Mahir Mədətov (“Qarabağ”)-6, Peyman Babayi (Sumqayıt).
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.