İngiltərə millisinin futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.
ONA-nın məlumatına görə, “Mançester Yunayted”in 22 yaşlı hücumçusu “Barselona”nın maraq dairəsindədir.
Kataloniya klubu M.Reşfordu yay “transfer pəncərəsi”ndə heyətinə qatmağa hazırlaşır. İspaniya nəhəngi hücumçu üçün 115 milyon avro təklif edir. “Mançester Yunayted” isə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq oyunçu ilə yeni anlaşma barədə danışıqlar aparır.
Qeyd edək ki, M.Reşford cari mövsüm Mançester klubunda keçirdiyi 41 oyunda 13 qol və 6 məhsuldar ötürməyə imza atıb.