"Barselona" baş məşqçisi Kike Setyenlə yollarını rəsmən ayırıb.
Apasport.az saytının məlumatına görə, qərar klubun idarə heyətinin bu gün keçirilən iclasında təsdiqlənib.
Kataloniya klubunun yeni çalışdırıcısı isə hazırda Niderland millisinə rəhbərlik edən Ronald Kuman olacaq. Rəhbərlik Kumanın təyinatını avqustun 19-da bəyan etməyi planlaşdırır.
Bundan başqa, prezident seçkilərinin də vaxtı dəyişdirilib. Seçkilər gələn ilin yay aylarında olmalı idi. Ancaq İdarə Heyəti yeni prezidentin 2021-ci il martın 15-də baş tutacaq seçkilərlə müəyyənləşməsini qərara alıb.