• İDMAN

    16:47 17 aprel 2019

“Barselona” De Liqtlə bağlı “Ayaks”la razılıq əldə edib

İspaniyanın “Barselona” klubu Hollandiyanın “Ayaks” komandasının futbolçusu Mateys De Liqtin keçidi ilə bağlı razılıq əldə edib.

ONA-nın məlumatına görə, kataloniyalılar həm Amsterdam təmsilçisi, həm də 19 yaşlı futbolçunun özü ilə ortaq məxrəcə gəliblər.

Razılığa əsasən müqavilə imzalanana qədər “Ayaks” daha sərfəli təklif alsa, bu barədə “Barselona”nı məlumatlandırmalıdır. İspaniya klubu isə hadisələri qabaqlamamağı və mövsümün həlledici hissəsində futbolçunun fikrini yayındırmamalıdır.

M.De Liqtin keçidi onun komanda yoldaşı və həmyerlisi Frenki De Yonqla eyni dəyərləndirilir. Yayda barselonalılara qoşulacaq sonuncunun transferi 75 milyon avroya başa gəlib.

Qeyd edək ki, M.De Liqt cari mövsümdə “Ayaks”da ümumilikdə 48 oyun keçirib və 5 qol vurub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR