• İDMAN

    02:25 28 fevral 2019

“Barselona” “El Klasiko”dakı qələbə ilə İspaniya kubokunun finalına vəsiqə qazanıb - VİDEO

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

ONA-nın məlumatına görə, ilk finalçı “El Klasiko”da müəyyənləşib.

“Real” və “Barselona” Madriddə üz-üzə gəlib. Kataloniya təmsilçisi səfərdə oynamasına baxmayaraq, rəqibini böyükhesablı məğlubiyyətə uğradıb. Luis Suaresin dubla imza atdığı matçda Rafael Varan avtoqol müəllifi olub. Öz meydanında 1:1 hesablı heç-heçəylə kifayətlənən “Barselona” finala vəsiqəni “Santyaqo Bernabeu” stadionunda qazanıb.

Qeyd edək ki, yarımfinalın bu gün keçiriləcək digər oyununda “Valensiya” “Betis”lə qarşılaşacaq.

İspaniya kuboku

Yarımfinal, cavab oyunu

27 fevral

“Real” – “Barselona” – 0:3

Suares, 50, 73 (pen.), Varan, 69 (avtoqol)

İlk oyun – 1:1

Tahir

Teqlər:

SON XƏBƏRLƏR