İspaniyanın “Barselona” klubu futbolçusu Filipe Koutinyonu başqa komandaya buraxmağa hazırdır.
ONA-nın məlumatına görə, kataloniyalılar braziliyalı yarımmüdafiəçinin keçidi üçün 130 milyon avro qazanmaq niyyətindədir.
26 yaşlı orta sahə oyunçusunun “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Lakin İspaniya nəhəngi onunla maraqlanan klublarla danışıqlar aparmağa razıdır. Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları F.Koutinyonu heyətində görmək istəyindədirlər.
Qeyd edək ki, braziliyalı cari mövsümdə “Barselona”da keçirdiyi 43 oyunda 10 qol vurub.