• İDMAN

    01:34 3 aprel 2019

“Barselona” uzatma dəqiqələrində məğlubiyyətdən qaçıb

İspaniya La Liqasında XXX tur başlayıb.

ONA-nın məlumatına görə, turun ilk günündə üç matç keçirilib.

İkinci pillədə qərarlaşan “Atletiko” növbəti qələbəsini qazanıb. Madridlilər evdə “Jirona”nı məğlub edib.

Çempionlar Liqasına düşmək iddiasında olan “Xetafe” isə “Espanyol”la ev görüşündə xal itkisi ilə üzləşib – 1:1.

Günün son matçı liderin iştirakı ilə keçirilib. “Barselona” La Liqada qalmaq uğrunda mübarizə aparan “Vilyarreal”ın qonağı olub. 8 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

Kataloniyalılar görüşə iki erkən qolla başlayıb. Bu qollardan sonra darmadağın olacağı gözlənilsə də, meydan sahibləri 4 qolla hesabda önə keçiblər. “Barselona” yalnız uzatma dəqiqələrindəki qollarla məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, tura aprelin 4-də yekun vurulacaq.

İspaniya La Liqası
XXX tur
2 aprel
“Atletiko” – “Jirona” – 2:0

Qodin, 76, Qrizmann, 90
“Espanyol” – “Xetafe” – 1:1
İqlesias, 56 – Rodriges, 72
“Vilyarreal” – “Barselona” – 4:4
Çukvueze, 23, Ekambi, 50, İborra, 62, Bakka, 80 - Koutinyo, 12, Malkom, 16, Messi, 90+1, Suares, 90+4

N

Klublar

O

Q

H

M

T-F

X

1

Barselona

30

21

7

2

79-31

70

2

Atletiko

30

18

8

4

45-19

62

3

Real

29

18

3

8

52-34

57

4

Xetafe

30

12

11

7

37-27

47

5

Alaves

29

12

8

9

31-35

44

6

Sevilya

29

12

7

10

47-37

43

7

Valensiya

29

9

16

4

31-23

43

8

Atletik

29

9

13

7

30-32

40

9

Betis

29

11

7

11

33-37

40

10

Real Sosyedad

29

9

10

10

34-34

37

11

Leqanes

29

9

9

11

29-34

36

12

Eybar

29

8

12

9

38-40

36

13

Espanyol

30

9

8

13

33-44

35

14

Jirona

30

8

10

12

32-41

34

15

Levante

29

8

8

13

40-51

32

16

Vilyarreal

30

6

12

12

38-43

30

17

Valyadolid

29

7

9

13

24-40

30

18

Selta

29

7

7

15

39-49

28

19

Rayo Valyekano

29

6

6

17

31-52

24

20

Ueska

29

5

7

17

30-50

23

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR