Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsi başa çatıb.
ONA-nın məlumatına görə, günün yeganə qarşılaşması Valensiyada keçirilib. “Yarasalar” öz meydanında “Betis”lə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. İkinci hissənin əvvəlində fərqlənən valensiyalılar doğma azarkeşləri önündə qələbə qazanıblar.
Bu qələbə ilə “Valensiya” 11 ildən sonra finala yüksəlib. Kuboku qazandığı 2007/08
mövsümündən sonra ilk dəfə həlledici oyuna vəsiqə qazanan “Yarasalar”ın rəqibi
“Barselona” olacaq.
Qeyd edək ki, final oyunu mayın 25-də Sevilyadakı “Estadio Benito Villamarin”də
keçiriləcək.
İspaniya kuboku
Yarımfinal, cavab oyunu
28 fevral
“Valensiya” – “Betis” – 1:0
Rodriqo, 56
İlk oyun – 2:2