Özbəkistan Futbol Federasiyası danışılmış oyunlarda iştirak edən şəxslər cəzalandırıb.
ONA-nın məlumatına görə, ən ağı cəzaya “Novbahor”un sabiq baş məşqçisi İlhom Muminjanov məruz qalıb.
O, danışılmış oyunlara bağlılığı üçün 5 il futboldan kənarlaşdırılıb. 2017-ci ildə keçirilən görüşlərdə əli olan mütəxəssis 50 milyon sum cərimə də ödəməlidir.
Məsələnin araşdırılması zamanı yalan ifadələr verən “Surxan”ın texniki direktoru Şerzod Şaripov və komandanın iclasa gəlməyən kapitanı İlşad Jabbarovun mövsümün sonunadək futbolla fəaliyyətinə qadağa qoyulub.
Qeyd edək ki, İ.Muminjanov bu il “Surxan”a rəhbərlik edib və araşdırmalar başlayanda vəzifəsindən kənarlaşdırılıb.