Almaniya kubokunda 2018/19 mövsümünə yekun vurulub.
ONA-nın məlumatına görə, Berlinin Olimpiya Stadionunda keçirilən final matçında “Leypsiq”lə “Bavariya” üz-üzə gəlib.
Ötən həftə Bundesliqada çempionluğu bayram edən Münhen klubu bu dəfə də azarkeşlərini sevindirib. Böyükhesablı qələbə qazanan “Bavariya” Robert Levandovskinin dublu və Kinqsli Komanın qolu ilə “Qızıl dubl”u rəsmiləşdirib.
Bu, münhenlilərin tarixində 19-cu Almaniya kuboku olub. “Bavariya” iki illik fasilədən sonra mükafatı yenidən muzeyinə aparıb.
Almaniya kuboku
Final
25 may
“Leypsiq” – “Bavariya” – 0:3
Levandovski, 24, 85, Kinqsli Koman, 78