• İDMAN

    13:26 24 aprel 2019

“Bavariya” 21 yaşlı italiyalı üçün 70 milyon avro təklif edib

İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Federiko Kyeza karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

ONA-nın məlumatına görə, yarımmüdafiəçini Almaniyanın “Bavariya” klubu transfer etmək istəyir.

Münhen təmsilçisi italiyalı yarımmüdafiəçi ilə bağlı sərfəli təkliflə çıxış edib. “Bavariya” F.Kyeza üçün Florensiya təmsilçisinə 70 milyon verməyə hazırdır. Bu isə futbolçunu heyətində görmək istəyən İtaliya klubları “Napoli”, “Yuventus” və “İnter”i çətin vəziyyətdə qoyub. A seriyası təmsilçiləri yarımmüdafiəçi üçün belə yüksək məbləğ vermək barədə düşünmür. Düzdür, neapolluların oyunçuya müəyyən hüquqları var. Lakin onun transferi üçün ən azı “Bavariya” ilə eyni məbləğ ödənməlidir.

Qeyd edək ki, F.Kyeza “Fiorentina”nın yetirməsidir. 21 yaşlı futbolçu cari mövsümün 32 oyununda 6 qol vurub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR