“Bavariya” Leroy Sane üçün 80 milyon avro təklif edəcək
  • İDMAN

  • 16:29 24 May 2019

“Bavariya” Leroy Sane üçün 80 milyon avro təklif edəcək

Almaniya millisinin futbolçusu Leroy Sane karyerasını vətənində davam etdirə bilər.

ONA-nın məlumatına görə, “Bavariya” İngiltərənin “Mançester Siti” klubunda çıxış edən yarımmüdafiəçini transfer etmək istəyir.

Münhen təmsilçisi futbolçu üçün 70 milyon funt sterlinq (təxminən 80 milyon avro) təklif edəcək. Mançester klubuna “Şalke”dən keçən 23 yaşlı vinger münhenlilərin yay “transfer pəncərəsi” üçün əsas hədəfidir.

“Bavariya”nın prezidenti Uli Höness də L.Saneni almaq istədiklərini təsdiqləyib. Klubun sabiq baş məşqçisi, hazırda “şəhərlilər”ə rəhbərlik edən Pep Qvardiolanın da yaxşı münasibətlərdə olduğu almaniyalılara bu keçiddə əngəl olmayacağı bildirilir.

“Bavariya” L.Saneni iki il əvvəl də heyətinə qatmaq fikrində idi. Lakin həmin vaxt futbolçunun mövqeyində rəqabət olduğundan bu transfer sonda zəruri sayılmamışdı. Frank Riberi və Aryen Robbenin gedişindən sonra isə almaniyalı futbolçunun transferinə zərurət yaranıb.

Qeyd edək ki, “Bavariya” bunadək Fransa millisinin iki futbolçusu – Lukas Ernandeslə Bencamin Pavarla müqavilə imzalayıb.

OXŞAR XƏBƏRLƏR