• İDMAN

    00:48 25 aprel 2019

“Bavariya” “Leypsiq”ə rəqib olub - VİDEO

Almaniya kubokunda final cütü müəyyənləşib.

ONA-nın məlumatına görə, bir gün öncə səfərdə “Hamburq”u 3:1 hesabı ilə məğlub edən “Leypsiq” həlledici qarşılaşmada “Bavariya” ilə üz-üzə gələcək.

Münhen klubu da finala səfərdə keçirdiyi yarımfinal görüşündə yüksəlib. “Bavariya” məhsuldar keçən matçda “Verder”i 3:2 hesabı ilə yenib.

Qeyd edək ki, final oyunu mayın 25-də Berlindəki Olimpiya stadionunda keçiriləcək.

Almaniya kuboku
Yarımfinal
24 aprel
“Verder” – “Bavariya” – 2:3

Osako, 74, Raşitsa, 75 – Levandovski, 36, 80 (pen.), Müller, 63

Tahir

Teqlər:

SON XƏBƏRLƏR