• İDMAN

    11:27 1 mart 2019

40 nəfərə “Əməkdar məşqçi” adı verilib - FOTOSESSİYA

Gənclər və İdman Nazirliyində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bağlı fəxri adların verilməsi mərasimi keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə bir qrup idmançı və idman mütəxəssisi mükafatlandırılıb.

Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Azərbaycan ərazisinə görə kiçik ölkə olsa da, idman sahəsində öz sözünü deyir, aparıcı ölkələrlə ayaqlaşır.

Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov və digər rəsmi şəxslərin də qatıldığı tədbir fəxri adların təqdimatı ilə davam etdirilib. Paralimpiya Oyunları və dünya çempionatlarının ikiqat qalibi, Bakıda keçirilmiş I Avropa Oyunlarının çempionu, Avropa çempionatlarında 7 qızıl medal qazanan cüdoçu İlham Zəkiyevə məkdar məşqçi" adı verilib.

"Əməkdar məşqçi" adına layiq görülənlər sırasında voleybolda Famil Ağayev, taekvondoda Rəşad Əhmədov da olub.

Sabiq FİFA referisi, hazırda AFFA-nın Hakimlər Komitəsində çalışan Anar Salmanov "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülüb.

Ümumilikdə 20 nəfərə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 40 mütəxəssisə isə “Əməkdar məşqçi” adı verilib.

“Əməkdar idman ustası” adına 5 nəfər layiq görülüb.

Tədbirdə dörd nəfərə "Respublika dərəcəli hakim" adı da verilib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR