Bədii gimnastika üzrə Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılıb. ONA-nın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının ofisində baş tutan mərasimdə Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti, komitənin üzvləri və yerli federasiyanın nümayəndələri iştirak ediblər.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycanın fərdi böyük gimnastları 18-ci, yeniyetmələrdən ibarət qrup hərəkətləri komandası isə 16-cı rəqəm altında çıxış edəcəklər.
Qeyd edək ki, 33 ölkə təmsilçisinin qatılacağı Avropa çempionatı mayın 16-19-da olacaq.